Türkiyədə təlim-məşq toplanışında olan Bakının "İnter" klubu bu gün sonuncu yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, Bakı təmsilçisi Georgi Hacinin baş məşqçisi olduğu Rumıniyanın "Vitorul" klubu qarşılaşıb.
Düzce stadionunda keçirilən oyun "İnter"in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandanın qollarını qolları Rauf Əliyev və Samir Zərgərov vurub.
Qeyd edək ki, "İnter" bundan əvvəl yoxlama oyunlarında "Zirə"yə uduzub (0:2), Kamerunun "Colombe Sportive du Dja et Lobo" klubuna qalib (1:0) gəlib.
17 iyun, yoxlama matçı
"İnter" - "Vitorul" - 2:1
Qollar: Rauf Əliyev, Samir Zərgərov
saytlarin hazirlanmasi