"İnter" "Mladost"la oyuna hazırlaşır

00:05 - 22 İyun 2017

Azərbaycanı Avropa Liqasında təmsil edəcək "İnter" sözügedən turnirin 1-ci təsnifat mərhələsində qarşılaşacağı Serbiya "Mladost"u ilə matçın hazırlığına start verib.

 

Sportal.az xəbər verir ki, Türkiyə toplanışını başa vurub, Bakıya qayıdan və bir neçə gün istirahət edən paytaxt klubunun üzvləri bu gün yenidən bir araya gəliblər. Zaur Svanadzenin yetirmələrinin paytaxtdakı ilk məşqi Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutub. Komandanın məşqini "İnter"in yeni prezidenti Zaur Axundov da izləyib.

 

Qeyd edək ki, paytaxt klubunun "Mladost"la ilk oyunu iyunun 29-da, cavab qarşılaşması isə bir həftə sonra baş tutacaq. 

Xəbər xətti