Azərbaycan kubokunun 1/8 final mərhələsinin təqvimində dəyişiklik edilib.
Sportal.az xəbər verir ki, “Kəpəz” – “Binə” matçının yeri dəyişdirilib. Noyabrın 29-da keçiriləcək qarşılaşma Gəncə şəhər stadionunda deyil, Bakıda olacaq.
Qeyd edək ki, bu dəyişiklik “Kəpəz”in Peşəkar Futbol Liqasına müraciəti əsasında gerçəkləşib. Gəncə təmsilçisi ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunda qarşılaşmaların ardıcıl reallaşdığını əsas gətirərək “Binə” ilə matçının yerinin dəyişdirilməsini xahiş edib. “Kəpəz”in müraciətini və “Binə”nin razılığını əsas götürən PFL matçın “Dalğa Arena”da oynanılmasına qərar verib.