AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, İK Azərbaycan kubokunun finalında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
Azərbaycan kubokunun finalının “Keşlə” – “Qəbələ” oyununda “Keşlə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Oyunun 55-ci dəqiqəsində “Qəbələ”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.
Oyunun 90+3-cü dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.
saytlarin hazirlanmasi