TƏKLİF: Klublar bölgələrdə akademiya açsın

Milli komandaların uğursuz çıxışı uşaq futbolunun durumundan asılıdı. Ölkəmizdə bu sahədə problemləri saymaqla bitirmək mümkün deyil. Bugünkü problemlər sabahımızı vahiməli edir. Uşaq liqalarında yarışlar kortəbii təşkil olunur. AFFA və klubların bu işə qol qoymamasına görə istetadların çoxu yoxa çıxır. Belə olan halda isə xalqın boğazından kəsib, Renat Dadaşovları, Riçard Almeydaları, Dmitri Nazarovları axtarmaqla məşğul oluruq. Əgər vaxtında uşaq futboluna diqqət ayırsaydıq, milliləşdirilənlərin ümidinə qalmazdıq. Eddi İsrafilovlara ayrılan milyonlara Qara Qarayevləri, Mahir Mədətovları, Mirabdulla Abbasovları yetişdirmək lazımdı.

 

Bunun üçün də bölgələrdə futbol inkişaf etdirilməli və akademiyalar yaradılmalıdı. Tovuz, Gəncə, Lənkəran, Mingəçevir, İmişli kimi şəhərlər futbolsuz qalıb. Uşaq futboluna münasibət məsuliyyətsiz olduğu üçün bugünkü fəsadlar da göz önündədi. Milli komandaların və klubların beynəlxalq arenadakı uğursuz çıxışları göstərir ki, problemlərin kökü daha dərindədi.

 

Azərbaycanda maliyyə cəhətdən yaxşı olan 2-3 klub bölgələrə ayaq açıb, akademiya açmağa cəhd etməlidi. Onsuz da, hər mövsüm ən azı 1-2 legionerin transferində klublar futbolçudan istədiyini ala bilmir. Həmin legionerlər üçün də azı 400-500 min manat itkiyə gedir. Həmin 400 minlə hansısa bölgədə akademiyanın 1 illik xərclərini qarşılamaq mümkündü. Yaxşı mənada bununla intiriqa aparmaq olar. Bu gün buna görə “Qəbələ” öz akademiyasının yetirmələriylə öyünə bilir.

 

Klublarımız bölgələrdə akademiya açsa, hansı faydası ola bilər? Tovuzda bu gün futbol “sönüb”. Ölkə futboluna çoxlu istedadlar bəxş edən şəhərin komandası I Divizionda gün keçirir. Tovuzda akademiya açan klub bunun yalnız faydasını görəcək. Uşaqlar “Qarabağ”ın, “Neftçi”nin futbolçusu olmaq arzusu ilə akademiyalara gələcək. Diqqət görməyən uşaq futbolunda böyük işlər görmək mümkündü. Böyük xərclər çəkmədən uşaq futbolu üçün bölgədə infrastruktur yaratmaq olar. Sadəcə, qolları çırmalayıb, hərəkətə keçmək lazımdı.

 

Mehman ƏŞRƏFOV

Tarix: 19 Noyabr [12:29]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Oktyabr 2019
21  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio