Yurçeviçin maaşı Xorvatiyada hamını təəccübləndirdi

10:37 - 13 Fevral 2019

Milli komandamızın baş məşqçisi Nikola Yurçeviçin illik maaşı açıqlanıb.

 

Sportal.az germanijak.hr saytına istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis illik məvacibi 300 min avro olacaq. Xəbərdə qeyd edilib ki, Yurçeviç Robert Prosineçkidən təxminən 3 dəfə az maaş alacaq. Mütəxəssisin məvacibinin belə az olması Xorvatiyada təəccüblə qarşılanıb. Saytda qeyd edilib ki, Berti Foqts AFFA-dan 2 milyon avro məvacib alıb, lakin ortaya heç bir iş qoymayıb.

 

Nikola Yurçeviç AFFA ilə 1 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, yerli mətbuatda da (futbol11.az) Yurçeviçin illik 300 min avro maaş alacağı xəbərləri yayılıb.

Xəbər xətti