Praqada möhtəşəm gecə: "Slaviya" "Sevilya"nı mübarizədən kənarlaşdırdı VİDEO

02:45 - 15 Mart 2019

Avropa Liqasında 1/8 final mərhələsinin cavab görüşləri keçirilib.

 

Sportal.az xəbər verir ki, "Slaviya" evdə ilk oyunda 2:2 hesablı heç-heçə etdiyi "Sevilya"nı qəbul edib. Birinci matçda olduğu kimi, cavab qarşılaşmasında da əsas vaxt eyni hesabla başa çatıb - 2:2. Əlavə vaxtda isə öncə qonaqlar qol vurub. Belə olan halda isə Praqa təmsilçisi mərhələ keçmək üçün iki qol vurmalı idi. Meydan sahibləri bunun öhdəsindən gəlməyib bacarıblar. Beləliklə, Çexiya klubu 4:3 hesabı ilə qalib gələrək, Avropa Liqasının ən çox qalibi olan komandanı mübarizədən kənarlaşdırıb.

 

"Slaviya" - "Sevilya" - 4:3
Qollar:
Maykl Nqade-Nqacon, 14, Tomaş Souçek, 46 (pen.), Mik van Buren, 102, İbrahim Benjamin Traore, 119 - Vissam Ben Yedder, 44 (pen.), Muni Əl-Həddadi, 54, Franko Vaskes, 98
İlk oyun: 2:2

 

 

 

Xəbər xətti