Premyer Liqada turun ən yaxşısı açıqlandı

13:12 - 23 Aprel 2019

“InStat”ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasının XXV  turunun ən yaxşı futbolçusu məlum olub.

 

Sportal.az xəbər verir ki, bu, “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubirdir.

 

Fransız oyunçu “Keşlə”yə qarşı görüşdə 75 dəqiqə meydanda olub və 1 qolla yadda qalıb. Araşdırmalara əsasən Abdullah Zubir turun ən yaxşı indeksə malik futbolçusudur.

 

Qeyd edək ki, "Qarabağ" "Keşlə"ni 3:0 hesabı ilə məğlub edib.

Xəbər xətti