AFFA-nın diqqətində olan futbolçu "Beşiktaş"dan imtina etməsinin səbəbini açıqladı

Hollandiyanın "Feyenoord" klubunda çıxış edən Türkiyə əsilli futbolçu Orkun Kökcü "Beşiktaş" klubundan aldığı transfer təklifini rədd etməyinin səbəbini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, gələcəyin ulduzu kimi göstərilən 18 yaşlı yarımmüdafiəçi riskli macəra yaşamaq istəmədiyi üçün belə qərar verdiyini deyib: "Beşiktaş" mənimlə maraqlanırdı. "Feyenoord"la da danışdılar, ancaq niyə ayrılım ki? "Feyenoord" da "Beşiktaş" qədər yaxşı klubdur. Burada özümü göstərmək istəyirəm. Bir neçə mövsüm əsas komandada çıxış etmək istəyirəm. Səviyyəmi daha da artırmaq niyyətindəyəm. Hollandiya gənc futbolçular üçün ən yaxşı ölkədir. Naməlum macəra yaşamaq istəmirəm".

 

Orkun Kökcü Azərbaycanın U-21 yığmasının üzvü Ozan Can Kökcünün qardaşıdır. AFFA-nın diqqət mərkəzində olan oyunçu Hollandiyanın U-19 millisinin kapitanıdır. 

 

"Qroningen"in yetirməsi olan gən yarımmüdafiəçi 2014-cü ildə "Feyenoord"un akademiyasına keçib. Orkun bir müddət öncə Rotterdam klubu ilə müqavilə müddətini 2023-cü ilə qədər uzadıb. 

Tarix: 27 Aprel [15:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 İyul 2019
20  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio