İfarkt keçirən İker Kasilyasın son durumu

"Portu"nun ispaniyalı qapıçısı İker Kasilyas infarkt səbəbəindən xəstəxanaya yerləşdirilib.

 

Sportal.az xəbər verir ki, 37 yaşlı əlcək sahibi vəziyyəti ilə bağlı "twitter" hesabında məlumat yayıb. O, "Hər şey nəzarət altındadır. Böyük qorxu yaşadım, ancaq demək olar, yaxşıyam. Mesajlara görə və maraqlandığınız üçün hər birinizə təşəkkür edirəm!", - deyə qeyd edib.

 

Klub məşqdə özünü narahat hiss edən təcrübəli qolkiperin mövsümün sonuna qədər oynamayacağını bəyan edib.

 

Portuqaliya mətbuatı İspaniya millisinin sabiq üzvünün karyerasını bitirmək məcburiyyətində olduğunu yazıb.

Tarix: 2 May [12:27]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 İyul 2019
20  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio