Azərbaycan kubokunda nominal meydan sahibi müəyyənləşdi FOTOLAR

13:05 - 3 May 2019

Azərbaycan Kubokunun 2018/2019-cu illər mövsümünün final görüşünün püşkatma mərasimi keçirildi.

 

Sportal.az xəbər verir ki, Peşəkar Futbol Liqasında reallaşan püşkatmadan sonra “Qəbələ” klubu meydan sahibi elan olunub. Püşkatmada “Sumqayıt”ı idman direktoru Zamiq Hüseynov, “Qəbələ”ni isə klubun meneceri Səbuhi Səfiyarlı təmsil etdi.


Qeyd edək ki, Azərbaycan Kubokunun finalı 19 may tarixdə Naxçıvan Muxtar Respublika Stadionunda baş tutacaq.

 

 

Xəbər xətti