U-16 Liqasının yaxşıları seçildi

Aprelin 18-də U-16 Liqasında 2018/19-cu illər mövsümünə yekun vuruldu. «Qəbələ» birinciliyin qalibi oldu. «Sabah» gümüş, «Keşlə» isə bürünc medallara sahib çıxdı. Çempionat başa çatdıqdan sonra «Het-trik news» qəzeti birinciliyin ən yaxşı futbolçusunu müəyyənləşdirmək məqsədilə Liqada iştirak edən 14 komandanın məşqçiləri arasında sorğu apardı.

 

Qaydalara əsasən, hər məşqçi çalışdırdığı komandadan olmamaq şərtilə 5 futbolçunun adını çəkə bilərdi. Siyahıya uyğun olaraq adları çəkillər 1-5 xal qazanırdılar. Yalnız «Sumqayıt»ın baş məşqçisi Vaqif Paşayev heç kimə səs vermədi. Qalan 13 məşqçinin fikrinə əsasən 2 futbolçu eyni xalla mövsümün ən yaxşısı seçildi. Bunlar «Zirə»nin və U-17 millimizin kapitanı Cəlal Hüseynovla «Qəbələ»nin və U-17 millimizin hücumçusu Mehrac Baxşəliyevdir. 3-cü yerə 17 xalla Rauf Rüstəmli («Qəbələ») layiq görüldü. İlk «beşliy»i Raufdan 2 xal az toplayan Əbil Əbilovla («Keşlə») və Gülağa Əsədov («Qəbələ») qapadılar.

 

Sorğuda ümumilikdə 29 futbolçunun adı çəkilib. Siyahıda ən çox «Qəbələ» və «Keşlə»li futbolçular yer alıblar – hərəyə 6 nəfər. «Neftçi»dən 4, «Zirə» və «Sabah» və «Səbail»dən 3, «Qarabağ», «Viləş», «Neftçi» İK İB və Gəncə TİM-dən isə 1 futbolçunun «29-luq»da adı var. Adları çəkilənlərdən 2-i – Kamran Şabıyevlə («Sabah»), Rza Cəfərov («Neftçi») qapıçıdır. Maraq üçün qeyd edək ki, ötən ilki sorğunun qalibinin adı siyahıda yoxdur. 

 

Yeri gəlmişkən, «Het-trik news» qəzeti 2003-cü il təvəllüdlü futbolçular arasında ötən mövsümün yekunlarına əsasən də bu tip sorğu keçirmiş və «Qəbələ»nin hücumçusu, hazırda «Keşlə»də çıxış edən Kamal Kazımov 1-ci, Əbil Əbilov 2-ci, Cəlal Hüseynov isə 3-cü yeri tutmuşdular. 32 futbolçunun adı çəkildiyi ötən ilki sorğuda ilk beşliyi Mehrac Baxşəliyevlə Əli Tağıyev («Keşlə») qapamışdılar. 


Liqanın ən yaxşılarına mükafatlar U-16 liqasında iştirak edən komandalar arasında mayın sonunda keçirilməsi nəzərdə tutulan turnirin finalında təqdim olunacaq.

 

Səsvermənin nəticələri:
 
1-2. Cəlal Hüseynov («Zirə») - 28
1-2. Mehrac Baxşəliyev («Qəbələ») - 28
3. Rauf Rüstəmli («Qəbələ») - 17
4-5. Gülağa Əsədov («Qəbələ») - 15
4-5. Əbil Əbilov («Keşlə») - 15
6. Rauf Ağasənov («Səbail») - 13
7. Rəşad Həsənov («Keşlə») - 8
8-9. Ümid Həmzəyev («Qəbələ») - 7 
8-9 Vaqif Həsənov («Keşlə») – 7
10-13. Asif Məmmədov («Qəbələ») – 5
10-13. Rza Cəfərov («Neftçi») - 5
10-13. Nihat Cəfərov («Neftçi») - 5
10-13. Məhəmməd Tağıyev («Keşlə») - 5
14-17. Kamran Şabıyev («Sabah») - 4
14-17. Həsən Seyfullayev («Sabah») - 4
14-17. Əşrəf Zeynallı («Qarabağ») - 4
14-17. Samir Əliyev («Viləş»)  - 4 
18-19. Seymur Məmmədov («Keşlə») - 3
18-19. Elməddin Qurbanlı («Səbail») - 3 
20-24. Ülvi Mədətov («Qəbələ») - 2
20-24. Hüseyn Babayev («Neftçi») - 2
20-24. Aşqın Abəzərov («Neftçi» İK İB) - 2
20-24. Əli Tağıyev («Keşlə») - 2
20-24. Nurəli Nurəliyev («Zirə») - 2

25-29. Nicat Quliyev («Səbail») - 1
25-29. Tural Axverdiyev («Neftçi») -1 
25-29. Bəhruz Tanrıverdiyev («Sabah») – 1
25-29. Ümid Səmədov (Gəncə TİM) - 1
25-29. Məhəmməd Səfərov («Zirə») - 1

 

Şəffarlıq olsun deyə, məşqçilərin hansı futbolçulara səs verdiklərini də açıqlayırıq:

 

Xaqani Məmmədov («Qəbələ»nin baş məşqçisi)

1. Əbil Əbilov («Keşlə»)
2. Cəlal Hüseynov («Zirə»)
3. Rəşad Həsənov («Keşlə»)
4. Rauf Ağasənov («Səbail»)
5. Nicat Quliyev («Səbail»)

 

İlqar Mənsimov («Sabah»ın baş məşqçisi)

1. Gülağa Əsədov («Qəbələ»)
2. Əbil Əbilov («Keşlə»)
3. Cəlal Hüseynov («Zirə»)
4. Mehrac Baxşəliyev («Qəbələ»)
5. Tural Axverdiyev («Neftçi»)

 

Xəyal Mustafayev («Keşlə»nin baş məşqçisi)

1. Cəlal Hüseynov («Zirə»)
2. Kamran Şabıyev («Sabah»)
3. Mehrac Baxşəliyev («Qəbələ»)
4. Rauf Rüstəmli («Qəbələ»)
5. Rauf Ağasənov («Səbail»)

 

Yaşar Abuzərov («Səbail»in məşqçisi)

1. Rauf Rüstəmli («Qəbələ»)
2. Gülağa Əsədov («Qəbələ»)
3. Mehrac Baxşəliyev («Qəbələ»)
4. Əbil Əbilov («Keşlə»)
5. Cəlal Hüseynov («Zirə»)

 

Mirbağır İsayev («Neftçi»nin baş məşqçisi)

1. Rəşad Həsənov («Keşlə»)
2. Rauf Rüstəmli («Qəbələ»)
3. Mehrac Baxşəliyev («Qəbələ»)
4. Rauf Ağasənov («Səbail»)
5. Əbil Əbilov («Keşlə»)

 

Cəfər Hüseynov («Zirə»nin baş məşqçisi)

1. Rza Cəfərov («Neftçi»)
2. Nihad Cəfərov («Neftçi»)
3. Əbil Əbilov («Keşlə»)
4. Ümid Həmzəyev («Qəbələ»)
5. Gülağa Əsədov («Qəbələ»)

 

Asif Əlizadə («Qarabağ»ın baş məşqçisi)

1. Cəlal Hüseynov («Zirə»)
2. Rauf Ağasənov («Səbail»)
3. Mehrac Baxşəliyev («Qəbələ»)
4. Rauf Rüstəmli («Qəbələ»)
5. Nihad Cəfərov («Neftçi»)

 

İlham Səmədov (Gəncə TİM-nin baş məşqçisi)

1. Ümid Həmzəyev («Qəbələ»)
2. Həsən Seyfullayev («Sabah»)
3. Məhəmməd Tağıyev («Keşlə»)
4. Ülvi Mədətov («Qəbələ»)
5. Bəhruz Tanrıverdiyev («Sabah»)

 

Ramin Babayev («Neftçi» İK İB-nin baş məşqçisi)

1. Asif Məmmədov («Qəbələ»)
2. Rauf Ağasənov («Səbail»)
3. Vaqif Həsənov («Keşlə»)
4. Mehrac Baxşəliyev («Qəbələ»)
5. Nurəli Nurəliyev («Zirə»)

 

Kənan Seyfullayev («Viləş»in baş məşqçisi)

1. Gülağa Əsədov («Qəbələ»)
2. Rauf Rüstəmli («Qəbələ»)
3. Mehrac Baxşəliyev («Qəbələ»)
4. Məhəmməd Tağıyev («Keşlə»)
5. Məhəmməd Səfərov («Zirə»)

 

Nizami Ocaqverdiyev («Turan Tovuz»un baş məşqçisi)

1. Mehrac Baxşəliyev («Qəbələ»)
2. Əşrəf Zeynallı («Qarabağ»)
3. Elməddin Qurbanlı («Səbail»)
4. Hüseyn Babayev («Neftçi»)
5. Vaqif Həsənov («Keşlə»)

 

Qəhrəman Əliyev (İsgəndər Cavadov BFA-nın baş məşqçisi)

1. Cəlal Hüseynov («Zirə»)
2. Samir Əliyev («Viləş»)
3. Seymur Məmmədov («Keşlə»)
4. Əli Tağıyev («Keşlə»)
5. Ümid Səmədov (Gəncə TİM)

 

Samir Əliyev (ROİL-nin baş məşqçisi)

1. Cəlal Hüseynov («Zirə»)
2. Mehrac Baxşəliyev («Qəbələ»)
3. Vaqif Həsənov («Keşlə»)
4. Aşqın Abəzərov («Neftçi» İK İB)
5. Nürəli Nurəliyev («Zirə»)

 

«Het-trik news» qəzeti

 

Tarix: 7 May [13:46]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 İyun 2019
17  İyun 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio