Nazarov mövsümün son matçında 90 dəqiqə oynadı

10:19 - 20 May 2019

Almaniya II Bundesliqasında mövsümə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Aue” 34-cü turda səfərdə “Darmştadt”a 0:1 hesabı ilə uduzub.

 

Nazarov start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

“Aue” mövsümü 40 xalla 18 iştirakçı arasında 14-cü pillədə başa vurub.

 

Nazarov başa çatan mövsümdə 24 oyuna 4 qol vurub.

Xəbər xətti