“Qəbələ” güclülər səbətində

11:15 - 20 May 2019

Azərbaycan Kubokunun qalibi olan “Qəbələ” ardıcıl 6-cı mövsüm avrokuboklarda çıxış etmək hüququ qazandı. “Qırmızı-qaralar” Avropa Liqasının II təsnifat mərhələsində mübarizəyə başlayacaq.

 

Sportal.az xəbər verir ki, “Qəbələ”nin püşkatmaya qatılacağı səbət də müəyyənləşib. Bu mərhələ üçün güclülərdən olan Azərbaycan təmsilçisi “səpələnmişlər”dən olacaq. Əyalət klubunun hesabında olan 6,250 xal buna imkan verib. “Qəbələ” II təsnifat mərhələsində daha az reytinq xalı olan rəqiblə qarşılaşacaq.

 

“Qırmızı-qaralar”ın hələlik yalnız 2 potensial rəqibi bəllidir. Bunlar “Lexia” (Qdansk, Polşa”) və “Lokomotiv”di (Plovdiv, Bolqarıstan). “Qəbələ”nin potensial rəqibləri daha çox I təsnifat mərhələsi yekunlaşdıqdan sonra bəlli olacaq. Mərhələnin güclüləri arasında qərarlaşanlara baxdıqda isə burda “Qəbələ” ilə yanaşı, “Ayntraxt” (Frankfurt, Almaniya), “Vulverhempton” (İngiltərə), “AZ Alkmaar” (Hollandiya), “Espanyol” (İspaniya), “Strasburq” (Fransa), “Gimaraynş” (Hollandiya) güclü klubların olduğunu qeyd etməliyik.

Xəbər xətti