Amil Yunanov seçim qarşısında

14:45 - 22 May 2019

"Keşlə"dən ayrılan Azərbaycan millisinin üzvü Amil Yunanov Premyer Liqa klublarından təklif alıb.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı hücumçu avrokuboklara vəsiqə qazanan "Səbail"dən təklif alıb. "Dənizçilər"in baş məşqçisi Aftandil Hacıyev hücum xəttindəki rəqabəti artırmaq üçün Yunanovu sərəncamında görmək istəyir.

 

Amilin xidmətində sabiq klubu "Sumqayıt" da maraqlıdır. 

 

Bundan əlavə, digər klublardakı yetirmələrini heyətinə qatmağa çalışan "Qəbələ" Amil Yunanovu geri qaytarmaq istəyir. Amilin növbəti mövsüm "qırmızı-qaralar"da da çıxış etmək ehtimalı var.

 

Amil Yunanov "Qəbələ"nin yetirməsidir və peşəkar karyerasına bu klubda başlayıb. O, "qırmızı-qaralar"ın tarixində qol vurmuş ən gənc futbolçudur.

 

Hücumçu başa çatan mövsümdə 26 oyuna 6 qol vurub. O, ötən yay "Sumqayıt"dan "Keşlə"yə keçmişdi.

Xəbər xətti