"Sevilya"da italiyalı baş məşqçi

14:58 - 24 May 2019

Mövsümün gedişində "Roma"dan ayrılan italiyalı baş məşqçi Eusebio di Françeskonun yeni klubu məlum olub.

 

Sportal.az xəbər verir ki, di Françesko İspaniyanın "Sevilya" klubu ilə razılığa gəlib. 49 yaşlı mütəxəssis əndəlüsiyalılarla 2 illik müqavilə bağlayıb. Rəsmi açıqlama gələn həftə ediləcək.

 

Qeyd edək ki, "Sevilya" nvöbəti mövsüm Avropa Liqasında çıxış edəcək.

Xəbər xətti