Premyer Liqa klubu qapıçı aldı

16:36 - 24 May 2019

İngiltərə Premyer Liqa klubu "Everton" yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Liverpul təmsilçisi Premyer Liqanı tərk edən "Haddersfild"in qapıçısı Yonas Lösslü transfer edib. Danimarka millisinin üzvüylə 3 illik müqavilə imzalanıb. 30 yaşlı əlcək sahibi azad agent statusu ilə yeni klubuna keçib.

 

Lössl "Haddersfild"ə 2017-ci ildə "Maynts"dan keçmişdi.

Xəbər xətti