"Beşiktaş"dan ayrıldığını açıqladı

00:05 - 27 May 2019

Türkiyənin "Beşiktaş" klubunda ayrılıq baş verib.

 

Sportal.az xəbər verir ki, İstanbul klubunun qış fasiləsində "Borussiya"dan icarəyə götürdüyü Şinji Kaqava komandadan ayrılıb. Yaponiyalı yarımmüdafiəçi "instagram" hesabında bu barədə məlumat yayıb.

 

"Çempionluğu qaçırdığımız üçün üzgünəm. Komandaya istədiyim performansda kömək edə bilmədim. Türkiyədəki azarkeşlər hər zaman xatirələrimdə yer alacaq", - deyə 30 yaşlı futbolçu qeyd edib.

 

Kaqava "Beşiktaş"da 14 oyuna 4 qol vurub, 2 assist edib.

 

Xəbər xətti