Türkiyə klubunda baş məşqçi təyinatı

17:07 - 30 May 2019

Türkiyə Super Liqasında çıxış edən “Rizəspor” klubunun yeni baş məşqçisi məlum olub.

 

Sportal.az xəbər verir ki, komandanın baş məşqçi postuna İsmail Kartal gətirilib. Klubun prezidenti Hasan Kartal 58 yaşlı mütəxəssislə anlaşdıqlarını deyib.

 

Kartal bu vəzifədə Okan Buruku əvəz edib.

Xəbər xətti