Ramil Şeydayevin komandası Premyer Liqada qaldı

00:26 - 3 İyun 2019

Azərbaycan millisinin üzvü Ramil Şeydayevin formasını geyindiyi "Krılya Sovetov" Rusiya Premyer Liqasında qalmaq uğrunda pley-offun cavab oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, Samara təmsilçisi evdə "Nijni Novqorod"a 0:1 hesabı ilə uzub.

 

Lakin ilk matçda rəqibini 3:1 üstələyən "Krılya Sovetov" iki oyunun nəcicəsinə görə elitadakı yerini qoruyub.

 

Ramil qarşılaşmaya start heyətdə başlayıb və sonadək oynayıb.

Xəbər xətti