"İnkişaf turniri: "Neftçi" qalib oldu

«Zirə» FK və «Şüvəlan» FK-nun 2003-04-cü il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandalar arasında təşkil etdiyi «İnkişaf turniri» başa çatdı.

 

«AZAL Arena»da keçirilən final matçında «Keşlə»ni əlavə vaxtda 3:2 hesabı ilə məğlub edən «Neftçi» turnirin qalibi adını qazandı. Buna kimi 3-cü yer uğrunda baş tutmuş «Sabah» - «Sabah-2004» oyununda isə «Sabah» 5:1 hesabı ilə qalib gələrək turnirin bürünc medallarını qazandı. 

 

Final matçından sonra qaliblərin mükafatlandırma mərasimi keçirildi. Bir çox tanınmış futbol nümayəndələrinin iştirak etdiyi təltifetmə mərasimində qaliblərə medallar və kubok təqdim edildi. Həmçinin, Təşkilat Komitəsinin qərarına əsasən turnirdə fərqlənər futbolçulara da dimplom və xatirə hədiyyələri verildi.

 

Elgün Bayramov («Neftçi») turnirin «Ən yaxşı qapıçı», Rəşad Həsənov («Keşlə») «Ən yaxşı müdafiəçi», Vüsal Əliyev («Zirə») «Ən yaxşı yarımmüdafiəçi», Oruc Məmmədov («Neftçi») «Ən yaxşı hücumçu», Vaqif Həsənov («Keşlə») «Ən yaxşı bombardir» nominasiyalarında qalib seçildilər. Turnirin ən yaxşı futbolçusu adı isə «Keşlə»li Kamal Kazımova qismət oldu.

 

Bundan başqa mərasimdə «Het-trik news» qəzetinin apardığı sorğuya əsasən «U-16 Liqası»nda 2018/19-cu illər mövsümündə çempionatın ən yaxşı futbolçusu seçilmiş Cəlal Hüseynovla («Zirə») və Mehrac Baxşəliyev də («Qəbələ») mükafatlandırıldılar. 

Tarix: 6 İyun [10:16]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Dekabr 2019
11  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio