"Qarabağ" - "Partizani" matçının biletləri satışda

16:56 - 11 İyul 2019

"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçında iyulun 17-si, saat 21:00-da "Dalğa Arena"da Albaniyanın "Partizani" klubunu qəbul edəcək.
 
Sportal.az klubun saytına istinadən xəbər verir ki, qarşılaşmanın biletləri bu gündən etibarən satışa çıxarılıb. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 AZN-dir.
 
Biletlərin satış məntəqələri: 
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
Park Bulbar AVM (iticket satış məntəqəsi)
ASAN 2, 3 (Yasamal, Amay t/m)
 
Komandaların ilk oyununda hesab açılmayıb.

 

Xəbər xətti