"Borussiya" Almaniya Super Kubokunu qazandı - VİDEO

00:33 - 4 Avqust 2019

Almaniya Super Kubokunun qalibi məlum olub.

 

Sportal.az xəbər verir ki, "Siqnal İduna Park"da keçirilən görüşdə Dortmundun "Borussiya" və Münhenin "Bayern" klubları qarşılaşıb. Oyun Dortmund təmsilçisinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

 

"Borussiya" 6-cı dəfə Super Kuboka sahib çıxıb. "Bayern" isə 7 dəfə bu turnirin qalibi olub.

 

"Borussiya" - "Bayern" - 2:0

Qollar: Pako Alkaser, 48, Ceydon Sanço, 69

 

Xəbər xətti