Radamel Falkaodan "Qalatasaray" açıqlaması

"Qalatasaray"ın "Monako"dan transfer etmək istədiyi Radamel Falcao "Fox Sports"a açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı forvard İstanbul təmsilçisində oynamağa müsbət yanaşdığını deyib:

 

"Karyeramın bu nöqtəsində "Qalatasaray"da oynamaq həyəcanlı olardı. Türkiyədə futbol maraqlı şəkildədir. Vəziyyəti analiz edirəm. Ümid edirəm ki, ən yaxın müddətdə transfer məsələsi çözülər. Futbol Argentina və Türkiyə kimi ölkələrdə özəl şəkildə yaşanır. Bu da bizi - idmana bağlı olan insanları motivasiya edir. Avropada savaşmaq və üst səviyyədə futbol oynamağa davam etmək istəyirəm. Tək özümü düşünə bilmərəm. Həyatda fikirləşməli olduğum dörd qadın var".

 

"Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak kolumbiyalı futbolçunun transferi üçün Fransadadır. Klub rəsmisinin yaxın günlərdə Falkao ilə İstanbula dönəcəyi gözlənilir.

 

"Monako" Kolumbiya yığmasının üzvünü 2013-cü ildə "Atletiko"dan 60 milyon avroya transfer etmişdi.

 

Tarix: 10 Avqust [12:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Avqust 2019
21  Avqust 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio