"Parma"nın sabiq futbolçusu "Zirə"də

"Zirə" növbəti transferini reallaşdırıb.

 

Sportal.az elcomercio.pe-yə istinadən xəbər verir ki, "qartallar" Perunun "Deportivo Munisipial" klubundan ayrılan sol cinah müdafiəçisi Alvaro Ampuero ilə anlaşıb. 27 yaşlı futbolçunun keçidi tezliklə açıqlanacaq.

 

Ampuero ikinci dəfə Avropaya üz tutacaq. Peru millisində 9 oyun keçirmiş futbolçu 2013-cü ildə İtaliyanın "Parma" klubuna transfer olub. "Parma" Alvaronu "Padova" və "Salernitana"ya icarəyə verib. Ampuero 2019-cu ildə zədə səbəbindən 8 oyun keçirib.

Tarix: 13 Avqust [10:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2019
18  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio