“Ramil Şeydayev hələ ki “çəkmir”

12:52 - 19 Avqust 2019

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Dinamo" Rusiya Premyer Liqasının 6-cı turunda öz meydanında "Lokomotiv"ə 1:2 hesabı ilə uduzub - 1:2.

 

Sportal.az xəbər verir ki, "Sport Ekspress" qəzeti "Dinamo"nun hücum xəttində problemlərin olduğunu yazıb: "Mərkəz hücumçusu hələ də alınmayıb. "Lokomotiv"lə oyun göstərdi ki, "Dinamo"ya mütləq keyfiyyətli forvard lazımdır. Ramil Şeydayev hələ ki “çəkmir”. 

 

Ramil Moskva derbisində 90 dəqiqə meydanda olub. 22 yaşlı hücumçu cari mövsüm Premyer Liqada 5 oyuna 1 assist edib.

 

 

Xəbər xətti