Dabonun xanımı da etiraz etdi - FOTOLAR

12:31 - 20 Avqust 2019

“Neftçi”nin hücumçusu Baqali Dabo "Neftçi"dəki durumundan narazıdır.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı forvardın xanımı Tuğba Dabo "instagram" hesabında Dabonun Premyer Liqanın ilk turunda "Sabah"la görüşün iştirak ərizəsinə salınmamasına etiraz edib:

 

“Keçən il bu komandada ən çox kimin qol vurduğunu bilirik, əhsən sənə. Bu nə birinci, nə sonuncu dəfədir. Biz bilirik ki, ən yaxşı sənsən. Şansı başqalarına buraxaq. Heç nə olmaz, öyrəşirik”.

 

Ötən gün stadionda matçda oynamayacağını bilən Dabo baş məşqçi Roberto Bordinin qərarına əsəbləşib, akkreditasiyanı yerə çırpmışdı. Fransalı forvard oyundan öncə hirsli şəkildə meydandan getmişdi.

 

Dabo "Neftçi"nin bu mövsüm Avropa Liqasında keçirdiyi altı oyunun dördündə zədəsinə görə meydana çıxmamışdı.

 

31 yaşlı forvard ötən mövsüm Premyer Liqada 14 qol vurmuşdu.

 

 

Xəbər xətti