"Konyaspor" "Səbail"in sabiq futbolçusunu 500 minə transfer etdi

Türkiyənin "Konyaspor" klubu Xorvatiyanın "Qoritsa" klubunun hucmameyilli yarımmüdafiəçisi Faruk Miyanı transfer edib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Uqanda millisinin üzvü ilə üç illik müqavilə imzalanıb. Super Liqa təmsilçisi bu keçid üçün 500 min avro təzminat ödəyib. Gənc oyunçu yeni klubunda 21 nömrəli formada çıxış edəcək.

 

Belçikanın "Standart" klubu Miyanı 2018-ci ilin əvvəlində "Səbail"ə icarəyə vermişdi. 21 yaşlı futbolçu paytaxt klubunda 13 oyun 2 qol vurmuşdu.

 

Miya 2018-ci ildə transfer olduğu "Qoritsa"da 30 oyuna 5 qol vurub, 5 assist edib.

Tarix: 21 Avqust [11:01]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Sentyabr 2019
21  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio