"Qalatasaray"dan ayrılan futbolçu PSV-də

Türkiyənin "Qalatasaray" klubundan ayrılan Kostas Mitroqlu karyerasını Hollandiyanın PSV klubunda davam etdirəcək.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "sarı-qırmızılar" yunanıstanlı hücumçuya müqaviləni ləğv etdiyi üçün 1 milyon 950 min avro təzminat ödəyib. PSV isə İstanbul klubuna 1 milyon 250 min avro icarə haqqı verib.

 

Fransa "Marsel"inə məxsus olan 31 yaşlı forvard  2019-cu ilin əvvəlində 1,5 illik icarəyə götürmüşdü. Yunanıstan millisinin üzvü İstanbul təmsilçisində 9 oyuna 2 qol vurub, 1 assist edib.

Tarix: 22 Avqust [11:27]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Sentyabr 2019
17  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio