Andre Silva Portuqaliyaya qayıtdı

11:51 - 29 Avqust 2019

İtaliyanın "Milan" klubu hücumçusu Andre Silvanı icarəyə verib.

 

Sportal.az "RMC Sport"a istinadən xəbər verir ki, 23 yaşlı hücumçu Portuqaliyanın "Sportinq" klubuna keçib. Portuqaliya millisinin üzvü Lissabon klubunda bir mövsüm çıxış edəcək.

 

"Milan" Silvanı 2017-ci ildə "Portu"dan 38 milyon avroya transfer etmişdi.

Xəbər xətti