"Sportinq" iki futbolçunu icarəyə götürdü

10:47 - 3 Sentyabr 2019

Portuqaliyanın "Sportinq" klubu iki transferini açıqlayıb.

 

Sportal.az klub saytına istinadən xəbər verir ki, Lissabon təmsilçisi PSJ-nin hücumçusu Xese Rodriqesi, "Everton"un vingeri Yannik Bolasieni icarəyə götürüb. Hər iki futbolçu ilə bir illik müqavilə imzalanıb.

 

Xese Rodriqes ötən mövsüm icarə əsasında "Real Betis"də çıxış edib. Bolasie isə "Anderlext"ə icarəyə verilmişdi.

 

Image

Image

Xəbər xətti