Renat Dadaşov üçün Pepa

15:00 - 3 Sentyabr 2019

Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi Portuqaliyanın “Pasuş de Ferreyra” klubu yeni baş məşqçisini açıqlayıb.

 

Sportal.az klub saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi baş məşqçi postuna Pepanı gətirib. Tam adı Pedru Migel Markeş da Koşta Filipe olan 38 yaşlı çalışdırıcı bu posta Filipe Roşanı əvəzləyib.

 

Pepa 2017-2019-cu illərdə "Tondela"nın baş məşqçisi olub.

Xəbər xətti