"Yığmanı çalışdırmaq çox cansıxıcıdır" - baş məşqçi istefa verdi

15:50 - 5 Sentyabr 2019

Kosta-Rika millisinin baş məşqçisi Qustavo Matosas istefa verib.

 

Sportal.az ESPN-ə istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis millini çalışdırmağın cansıxıcı olduğunu deyib:

 

"Millidə baş məşqçi olmağın çox sıxıcı olduğunu bilmirdim. Qərarımdan peşman deyiləm. Millidə əlimdən gələnin ən yaxşısını etdim. Yenidən yığmada çalışamaycam. İki aydan bir futbolçuları görmək mənim üçün uyğun iş deyil, çox cansıxıcıdır. Özümü məzuniyyətdə hiss edirəm. Gün ərzində film izləyir oyunlara baxıram. Belə həyat tərzi məni sıxırdı".

 

Qustavo Matosasın istefasını federasiya qəbul edib. Uruqvaylı mütəxəssis ötən ildən Kosta-Rika millisini çalışdırırdı.

Xəbər xətti