Çin dünya çempionatı üçün doqquz futbolçu milliləşdirəcək

18:32 - 7 Sentyabr 2019

2015-ci ildən Çinin "Quançjoy Everqrand" klubuna transfer olan braziliyalı futbolçu Alan Karvalyo Çin milli komandasında oynamaq üçün bu ölkənin vətəndaşlığını almağa hazırlaşır.

 

Sportal.az "Sinxua" nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı hücumçu 2020-ci ilin yanvar ayında Çin vətəndaşlığını almaq hüququna sahib olacaq. Fasiləsiz beş ildir bu ölkədə çıxış edən futbolçu federasiya ilə anlaşıb.

 

Alan Karvalyo gələn ilin mart ayında Maldiv adaları ilə oyunda yığmada debüt edə bilər.

 

Çin Futbol Federasiyasının prezidenti Çen Xuyuan Qətərdə keçiriləcək dünya çempionatı üçün doqquz futbolçunu milliləşdirmək istədiklərini bildirib. O, hədəflərinə qısa müddətdə çatmaq üçün bu addımı atmaq istədiklərini söyləyib. Lakin federasiya prezidenti bu siyasətdən uzun müddət istifadə olunmayacağını bildirib.

Xəbər xətti