APOEL - "Qarabağ" matçının biletləri satışa çıxarıldı

16:16 - 9 Sentyabr 2019

Avropa Liqasında "Qarabağ", "Düdelanj" və "Sevilya" ilə A qrupunda qərarlaşan APOEL ev oyunları üçün bilet satışına başlayıb.

 

Sportal.az xəbər verir ki, Nikosiya təmsilçisi biletlərin qiymətini 5-75 avro aralığında təyin edib. Biletlərin qiyməti uşaqlar üçün 15, tələbələr üçün 30 avro olacaq.


 
APOEL "Qarabağ"ı noyabrın 7-də GSP stadionunda qəbul edəcək.

 

Xəbər xətti