"Forza Neftçi" "Qarabağ"la oyunda da olmayacaq

Azərbaycan Premyer Liqasının IV turunda “Neftçi”“Qarabağ”ın qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, "Neftçi"nin azarkeş qrupu “Forza Neftçi” bu oyunda da tribunalarda yer almayacaq. Fan-klubun rəhbəri Sübhan Əliyev sosial şəbəkə hesabında bu barədə məlumat yayıb:
 

“Qarabağ”la oyunda “Forza Neftçi” olaraq stadionda olmayacağıq. Boykota davam! Gedin, vuruşun, udun! Qələbədən başqa nəsə bizi qane etmir! Bu arada mətbuata biletlərin qiymətinin 51 AZN olacağı xəbərini buraxan “Qarabağ” FK, sən də “kişiliy elə”, axıra kimi bu qiyməti saxla. Daha biz gəlməyəcəyik deyə pulsuz etmə. Onda lap hörmətdən düşəcəksən. Buraxdığın xəbərin arxasında dayan”.
 
"Qarabağ" - "Neftçi" oyunu sentyabrın 15-i Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 

Tarix: 13 Sentyabr [10:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Yanvar 2020
24  Yanvar 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio