"Sevilya" "Qarabağ" üçün başladı - FOTOLAR

15:44 - 16 Sentyabr 2019

Avropa Liqasının qrup mərhələsinin I turunda "Qarabağ"ın qonağı olacaq İspaniyanın "Sevilya" klubu hazırlıqlara başlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, ötən gün "Alaves"lə oynayan əndəlüsiyalılar bərpa məşqi keçib. İspaniya klubunun heyətində Nolito əzələsindəki zədəyə görə fərdi hazırlıqla kifayətlənib.

 

"Sevilya" sabah Bakıya yola düşməyi planlaşdırır.

 

Sentyabrın 19-u Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sevilya" görüşü saat 20:55-də başlayacaq.

 

Image

Image

Image

Xəbər xətti