"Qarabağ"ın rəqibi baş məşqçisini istefaya göndərdi

14:01 - 17 Sentyabr 2019

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Lüksemburqun "Düdelanj" klubu baş məşqçisi Emilio Ferrera ilə yollarını ayırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, klub rəhbərliyi ölkə çempionatındakı uğursuz nəticələrdən sonra 52 yaşlı mütəxəssisi istefaya göndərib.

 

Belçikalı mütəxəssis bu il Dino Topmöllerin əvəzinə baş məşqçi təyin edilmişdi.

 

Komanda 5 turdan sonra 4 xalla 14 komanda arasında 12-cidir.

 

"Qarabağ", "Düdelanj", APOEL və "Sevilya" klubları Avropa Liqasının A qrupunda qərarlaşıb. "Qarabağ" qrup mərhələsinin ikinci turu çərçivəsində oktyabrın 3-ü “Düdelanj”ın qonağı olacaq.

Xəbər xətti