"Trabzonspor" Madriddə məğlub oldu - VİDEO

11:42 - 20 Sentyabr 2019

UEFA Avropa Liqasının qrup mərhələsinə start verilib.

 

Sportal.az xəbər verir ki, C qrupunda qərarlaşan "Trabzonspor" Madriddə "Xetafe"nin qonağı olub. "Koliseum Alfonso Peres"də keçirilən görüş İspaniya klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Qrupun digər matçında "Bazel" "Krasnodar"a 5 cavabsız qolla qalib gəlib.

 

"Xetafe" (İspaniya) - "Trabzonspor" (Türkiyə) - 1:0

Qol: Anxel Rodriqes, 18

 

 

Xəbər xətti