Aftandil Hacıyev: "Qarşıdakı aylarda vəziyyətin necə olacağını bilmirəm"

22:32 - 21 Sentyabr 2019

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının V turunda "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis öncə nəticəni şərh edib:

 

"Çətin oyun keçdi. Artıq beş tur yekunlaşdı. "Qarabağ"dan başqa digər klublar sonadək mübarizə aparacaq. "Qəbələ" ilk turlarda uduzsa da, bu oyunu ilə ilk üç yerə iddia edə bilər. Əvəzetmələr və taktiki dəyişikliklərdən sonra üstünlüyü ələ keçirdik. Çətin oyundan bir xalla ayrıldıq. Qarşımıza ikinci pilləni tutmaq hədəfi qoyulmayıb. Tək oyunda deyil, digər məsələlərdə də sabitlik olmalıdır".

 

Hacıyev klubdakı maliyyə problemi ilə bağlı verilən sualı belə cavablandırıb: "Bəzi futbolçuların getməsi maliyyə sıxıntısından xəbər verir. Klub rəhəri Tamerlan Abdullayev gecikmələrin olmaması üçün çalışır. Qarşıdakı aylarda vəziyyətin necə olacağını bilmirəm. Bu problemlər oyunumuzda hiss edilmir. Buna görə də futbolçulara təşəkkür edirəm. Qışa qədər UEFA-dan bonuslarımız da köçürüləcək".

Xəbər xətti