Macarıstan - Azərbaycan azarkeşsiz keçirilə bilər

Azərbaycan millisi AÇ-2020-nin seçmə mərhələsində Macarıstanla səfər oyununu boş tribunalar önündə keçirə bilər.

 

Sportal.az xəbər verir ki, buna səbəb sentyabrın 9-u Budapeştdə keçirlmiş Macarıstan – Slovakiya matçında (1:2) hər iki komandanın azarkeşləri arasında baş verən insidentdir.

 

UEFA-nın İntizam Komitəsi hər iki ölkənin federasiyasını cəzalandıracaq. Komandalar növbəti ev oyununu azarkeşsiz keçirmək cəzası ala bilər. Bundan əlavə, federasiyalar 20 min avro cərimələnəcək.

 

Slovakiya və Macarıstan tərəfi cəzalara görə etiraz edəcəklərini açıqlayıb.

 

UEFA qərarı təsdiqləsə, Macarıstan - Azərbaycan və Slovakiya - Uels oyunları boş tribunalar önündə keçiriləcək.

 

Macarıstan - Azərbaycan görüşü oktyabrın 13-ü baş tutacaq.

Tarix: 23 Sentyabr [10:49]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Oktyabr 2019
21  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio