"El-Klasiko" günorta keçiriləcək

18:02 - 25 Sentyabr 2019

Ispaniya La Liqasının 10-cu turunda keçiriləcək "Barselona" - "Real" matçının saatı açıqlanıb.

 

Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, oktyabrın 26-sı "Nou Kamp"da keçiriləcək görüş Bakı vaxtı ilə 15:00-da başlayacaq.

 

"El-klasiko"ya Asiya ölkələrində baxılması üçün erkən saata salınıb. Bu addımla teleyayımdan böyük gəlir əldə ediləcək.

Xəbər xətti