Nazarov iki qol vurdu, komandası qalib gəldi - VİDEO

18:44 - 29 Sentyabr 2019

Almaniyanın II Bundesliqasında VIII turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi "Aue" klubu Drezden "Dinamo"sunu qəbul edib və 4:1 hesablı qələbə qazanıb.

 

Nazarov oyuna start heyətdə başlayıb və 79-cu dəqiqədə əvəzlənib. 29 yaşlı futbolçu 27-ci dəqiqədə penaltidən fərqlənməklə hesabı bərabərləşdirib. Dima 39-cu baxımlı qolla komandasını hesabda önə keçirib - 2:1.

 

"Aue" 14 xalla 4-cü sırada qərarlaşıb və lider "Ştutqart"dan 6 xal geri qalır.

 

Xəbər xətti