“Qarabağ”ın oyununda baş verənlər, efirdə görmədikləriniz - VİDEO

Avropa Liqasının qrup mərhələsində Lüksemburqda oynanılan "Düdelanj" - "Qarabağ" (1:4) oyunu ilk hissədə erməni təxribatı ilə əlaqədar dayandırılıb.

 

Sportal.az xəbər verir ki, bu zaman həm meydanda, həm də meydandan kənarda gərgin anlar yaşanıb.

 

Buna dron vasitəsilə stadionun üzərində qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayrağının qaldırılması səbəb olub. "Qarabağ"ın azarkeşləri buna kəskin etirazlarını bildiriblər.

 

Onlardan bir neçəsi Azərbaycan bayrağı ilə meydana daxil olmaq istəyib və təhlükəsizlik əməkdaşları ilə qısa gərginlik yaşanıb. Bu zaman Ağdam klubunun futbolçuları məsələyə müdaxilə edərək azarkeşləri mühafizəçilərin əlindən alıb.

 

Tarix: 4 Oktyabr [10:09]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Oktyabr 2019
19  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio