Ramil Şeydayevin baş məşqçisi istefaya göndərildi - rəsmi

Rusiya Premyer Liqasının 12-ci turunda “Orenburq”un qonağı olan Moskva “Dinamo”su 0:2 hesabı ilə uduzdu.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi ardıcıl 4-cü məğlubiyyətdən sonra baş məşqçisi Dmitri Xoxlovu istefaya yollayıb.

 

Yaxın günlərdə komandanın müvəqqəti baş məşqçisinin adı açıqlanacağı qeyd edilib. 

 

42 yaşlı mütəxəssis 2017-ci ildən “Dinamo”nu çalışdırırdı.

 

Azərbaycan milli komandasının üzvü Ramil Şeydayev "Dinamo"da çıxış edir.

Tarix: 5 Oktyabr [18:37]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
10 Dekabr 2019
9  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio