"CBC Sport"dan "İdman"a

19:47 - 9 Oktyabr 2019

Azərbaycanın tanınmın idman şərhçisi Rövşən Binnətli "CBC Sport" telekanalından ayrılıb.

 

Sportal.az xəbər verir ki, Binnətli İdman TV-nin baş direktorunun müavini təyin olunub. 

 

Bununla bağlı Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Rövşən Məmmədov sərəncam imzalayıb.

 

Təcrübəli jurnalist "CBC Sport"da Xəbərlər Departamentinin şef redaktoru vəzifəsində çalışırdı.

Xəbər xətti