Daum əsgər salamına etiraz edən almanların cavabını verdi

10:24 - 18 Oktyabr 2019

Almaniyalı baş məşqçi Kristof Daum "Sport1" kanalının qonağı olub.

 

Sportal.az xəbər verir ki, 65 yaşlı mütəxəssis Türkiyə millisinin üzvlərinin qol sevincini əsgər salamı ilə qeyd etməsinə etiraz edən almanların doğru hərəkət etmədiyini deyib:

 

"Türkiyədə orduya böyük hörmət var. Mən bu ölkənin üç klubunu çalışdırmışam. Super Liqada 100 futbolçu ilə çalışmışam və demək olar, əksəriyyətinin əsgər salamı verməsinə şahid olmuşam. Mən bunları görmüş insanam. Əsgər Türkiyə ordusunun adıdır və böyük imici var. "Mehmetçik Vakfı"na mən də dəstək olmuşam. Hər bir türk vətəndaşı əsgərinə qarşı hörmətlə yanaşır. Almaniyadakı ordunun hər zaman mübahisəli imici olub. Ancaq Türkiyə ordusu buna bənzəmir. Türkiyədəki əsgərlər alman polisi kimidir. Onlar xalqın dosu, köməkçisidir. Əsgərə hörmət son dərəcə yüksəkdir".

 

Daum Türkiyənin "Beşiktaş", "Fənərbaxça" və "Bursaspor" klublarını çalışdırıb.

 

Türkiyə millisinin üzvləri Albaniya və Fransa ilə oyunlardakı qolları əsgər salamı ilə qeyd edib. Futbolçular Türkiyə ordusunun Suriyada keçirdiyi "Pınar hərəkatı"na dəstək olduqları üçün əsgər salamı verib.

 

Almaniyanın "Sankt Pauli" klubu sosial şəbəkə hesabında bu hərəkata dəstək olan türkiyəli futbolçusu Cenk Şahini komandadan göndərib.

Xəbər xətti