Merih Demiral: “Yuventus”a qayıdarkən Ronaldo məni əsgər salamı ilə qarşıladı”

Türkiyə millisinin müdafiəçisi Merih Demiral AÇ-2020-nin seçmə mərhələsində Albaniya və Fransa ilə oyunlarda əsgər salamı verdiyi üçün “Yuventus”da cəzalanacağı iddiaları gəzirdi.

 

Sportal.az xəbər verir ki, 21 yaşlı müdafiəçi “Yuventus”un düşərgəsinə qayıdarkən komandanın ulduzu Kriştiano Ronaldonun onu əsgər salamı ilə qarşıladığını deyib:

 

“Yuventus”un düşərgəsinə qayıdarkən Ronaldo bazada məni əsgər salamı ilə qarşıladı. Bir az şoka düşsəm də, qürur duydum. İndi italiyalı senatorların nə edəcəyini maraqla gözləyirəm”.

 

“Yuventus”un azarkeşləri klubdan Demiralın əsgər salamı verməsinə görə ağır cəzalanmasını tələb edirdi.

 

Türkiyə millisinin üzvləri Albaniya və Fransa ilə oyunlardakı qolları əsgər salamı ilə qeyd edib. Futbolçular Türkiyə ordusunun Suriyada keçirdiyi "Pınar hərəkatı"na dəstək olduqları üçün əsgər salamı verib.

Tarix: 18 Oktyabr [17:31]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Noyabr 2019
13  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio