Emil Balayevli "Tobol" yenə məğlub oldu - VİDEO

17:53 - 26 Oktyabr 2019

Qazaxıstan çempionatında 31-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Emil Balayevin formasını geyindiyi “Tobol” lider “Kayrat”ın qonağı olub. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Emil start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

 

Ardıcıl ikinci dəfə uduzan “Tobol” 59 xalla 4-cü pillədə qərarlaşıb.

 

Xəbər xətti