APOEL-də növbəti qalmaqal

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan APOEL-də daha bir futbolçu intizamsızlığına görə cəzalandırılıb.

 

Sportal.az xəbər verir ki, Joaozinyo əsas komandadan uzaqlaşdırılıb. 30 yaşlı futbolçu məşqçilər korpusu ilə yola getmədiyindən cəzalanıb.

 

Əvəzində Bakıda Tomas Dolla problem yaşayan və "Qarabağ"la görüşün iştirak ərizəsindən çıxarılan Musa Əl-Tamari əfv edilib.

 

APOEL Avropa Liqasında qrup mərhələsinin IV turunda noyabrın 7-də Nikosiyada "Qarabağ"ı qəbul edəcək.

Tarix: 28 Oktyabr [13:07]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
3 İyun 2020
2  İyun 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio